🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Putin müdafiə xərclərini azaltmır – ISW Kreml qərarını iqtisadi risklərlə izah edir

Odlar.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iqtisadi tükənmə ilə bağlı xəbərdarlıq edən rəsmilərin artan təzyiqlərinə baxmayaraq, Ukraynadakı müharibənin maliyyələşdirilməsini yüksək səviyyədə davam etdirir.
Müharibə Tədqiqatları İnstitutu-nun hesabatına istinadən bildirilir ki, Kreml müdafiə xərclərini azaltmaq və müharibənin dayandırılması istiqamətində addım atmaq niyyətində görünmür.
Analitiklərin qənaətinə görə, Putin Rusiyanın cəbhə xəttində qələbə qazana biləcəyinə dair inamını qoruduğu üçün hərbi xərclərin azaldılmasına getmir:
“Rəsmilərin iqtisadiyyata təzyiqlə bağlı xəbərdarlıqlarına baxmayaraq, Putin müdafiə xərclərini azaltmaq və Ukraynadakı müharibəni bitirmək istiqamətində müqavimət göstərir”, – hesabatda qeyd olunur.
Ekspertlər vurğulayırlar ki, Kremlin bu mövqeyi cəbhə xəttindəki vəziyyətin reallıqdan fərqli qiymətləndirilməsi ilə bağlı ola bilər.
axar.az⁠�