🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:15   •   🌡️ Bakı

İran ordusu ABŞ-a sərt xəbərdarlıq etdi – Hörmüz boğazı gərginliyi artır

Azərbaycan.media xəbər verir ki, İran ordusu ABŞ-a növbəti dəfə xəbərdarlıq edib.
Məlumata görə, Xatəmül-Ənbiya Mərkəzi Qərargahı tərəfindən yayılan bəyanatda bildirilib ki, ABŞ Hörmüz boğazı ilə bağlı “blokada siyasətini” davam etdirərsə, İran ordusu buna sərt şəkildə cavab verəcək.
Bəyanatda qeyd olunub ki, Tehran Hörmüz boğazına nəzarəti davam etdirməkdə qətiyyətlidir və ölkəyə qarşı hər hansı hərbi addımın cavabsız qalmayacağı vurğulanıb.
İran tərəfi həmçinin bölgədə mümkün gərginliklərin artmasının regional təhlükəsizliyə ciddi təsir göstərə biləcəyini diqqətə çatdırıb.