XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:59:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Naxçıvan-Sədərək yolunda qəza – 3 nəfər xəsarət aldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Naxçıvanda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Naxçıvan-Sədərək magistralında baş verib. “Mercedes” markalı minik avtomobili ilə “Changan” markalı yük avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Belə ki, 1996-cı il təvəllüdlü Mustafayev Xəyal Vahid oğlu, 1964-cü il təvəllüdlü Rəcəbov Möhbalı Rəcəb oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Miradəm Mirdamət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Etiketlər: