XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:25:16 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

TƏBİB-ə yeni icraçı direktor təyin olundu

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov qurumun yeni icraçı direktoru təyin edilib.

Anar Bayramov 1975-ci ildə anadan olub. O, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Peşəkar fəaliyyətinə 1998-ci ildə “MediClub” klinikasında həkim kimi başlayan Anar Bayramov, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində baş tibbi ekspert vəzifəsində çalışıb. Sonrakı illərdə şirkətdə baş direktorun müavini, baş direktoru və İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

O, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Hazırkı təyinatınadək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

Bununla yanaşı, Anar Bayramov 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012–2017-ci illərdə isə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti kimi fəaliyyət göstərib. O, 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin sədri, 2025-ci ildən isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məclisinin üzvüdür.

Etiketlər: