🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:56   •   🌡️ Bakı

Qubada yük avtomobili aşıb – sürücü xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Təngaltı kəndində qeydə alınıb. Məlumata görə, intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən Quba–Qonaqkənd yolu istiqamətində alternativ yolun tikintisinə cəlb olunan yük avtomobillərindən biri sərt döngədə aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.