🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:40   •   🌡️ Bakı

Sergey Lavrov Çinə səfər edib – gündəlikdə Ukrayna və Yaxın Şərq məsələləri var

Azərbaycan.media xəbər verir ki, Sergey Lavrov Çinə rəsmi səfərə gedib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Lavrov Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüş keçirəcək.
Görüş zamanı tərəflərin ikitərəfli münasibətlər, eləcə də beynəlxalq gündəmdə olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparacağı qeyd olunub. Müzakirələrin əsas mövzuları arasında Yaxın Şərqdəki vəziyyət və Rusiya–Ukrayna müharibəsi də yer alır.
Məlumata görə, Sergey Lavrov-un səfəri aprelin 15-dək davam edəcək.