🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:58   •   🌡️ Bakı

Ukrayna qüvvələri Rusiyaya məxsus freqatı vurdu

Azərbaycan.media xəbər verir ki, Ukrayna Müdafiə Qüvvələri Novorossiysk şəhərində Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Admiral Qriqoroviç” freqatını vurub.
Məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi açıqlama verib.
Bildirilib ki, zərbə nəticəsində freqatın zədələndiyi qeyd olunur. Hadisə ilə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.