XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:26:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Lukaşenkodan KTMT-yə çağırış: Ermənistanla münasibətlərdə ehtiyatlı ol

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Lukaşenkodan KTMT-yə çağırış: Ermənistanla münasibətlərdə ehtiyatlı ol
Azərbaycan.media xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanla münasibətlərdə daha diqqətli davranmalı olduğunu bildirib.
O, bu fikirləri KTMT-nin baş katibi Taatbek Masadıkov ilə görüşü zamanı səsləndirib.
“Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Bilirsiniz, Ermənistan KTMT-nin işini dəstəkləmir, amma eyni zamanda üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq”, – deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Ermənistandakı vəziyyət xüsusilə seçki dövründə kifayət qədər mürəkkəbdir və bu səbəbdən münasibətlərdə ehtiyatlı yanaşma vacibdir.
Qeyd edək ki, ötən həftə – aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Ermənistan-KTMT münasibətləri ilə bağlı fərqli mövqelərini açıqlayıblar.

Etiketlər: