XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:00:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ağdərəyə növbəti köç karvanı çatdı – 4 kəndə 293 nəfər yerləşdirilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam etdirilir.

Növbəti mərhələdə Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə köç karvanı yola salınıb və artıq Ağdərə şəhərinə çatıb.

Bu mərhələdə:

Ümumilikdə 63 ailə, 293 nəfər doğma torpaqlarına qayıdır.

Kəndlərə köç edən ailələr bu günədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslər olub.

Doğma yurda qayıdan sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər. Eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Etiketlər: