XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:11:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Gürcüstanda 6 ildən çox işlənmiş avtomobillərin idxalı qadağan edilə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Gürcüstan parlamentinə istismar müddəti 6 ildən çox olan avtomobillərin ölkəyə idxalını qadağan edən qanun layihəsi təqdim olunub. Layihəni hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası hazırlayıb.

Bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında məlumat verib. O bildirib ki, son illərdə Gürcüstanda avtomobil sayı əhəmiyyətli dərəcədə artıb: 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idisə, bu ilin məlumatına görə bu rəqəm 2 milyonu keçib. Avtomobillərin sayının belə sürətlə artması yolların yüklənməsinə və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur.

Baş nazir qeyd edib ki, qanun layihəsi prinsip etibarilə istismar müddəti 6 ildən çox olan avtomobillərin idxalını qadağan etməyi nəzərdə tutur, kiçik istisnalar isə mümkün olacaq. O əlavə edib ki, bu tədbir ekologiya, insan sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Etiketlər: