XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:44:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabah Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa düşəcək, nisbi rütubət isə gecə 70-80%, gündüz 50-60% olacaq.

Ölkənin rayonlarında isə hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti olacaq, dağlarda isə gecə 3-8° şaxta, gündüz 5-10° isti proqnozlaşdırılır.

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Etiketlər: