🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:44   •   🌡️ Bakı

Müdafiə Nazirliyinin rəhbərliyi 20 Yanvar ərəfəsində Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ziyarət zamanı 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.