XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:05:39 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sözün dərinliyində: Şakir Xanhüseynlinin şeiri

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

DİVAR

Divarım ucamı, çatmırmı əlin,
bəlkə istəyirsən özünü asmaq?
Mən ki heç bir zaman çalışmamışam
kiminsə önündə divar olum, bax.

Göz qoy divarıma, daşdan ha deyil,
eh, qumun, palçığın məndə nə işi.
Zərif duyğuların iziycə gedən,
dəmirin, qadağın məndə nə işi.

Divarım vardırsa, uçur, acıma,
külüngün işləsin, belin işləsin.
Əl-qol işlədənin gücü nə gəzir,
deyirəm bir az da beyin işləsin.

Adla üzərindən, keç divarımın,
sanma baş verənlər haqq divanıdı…
Sona yetməyibsə ömrüm hələ ki,
ağrı-acıların, bil, davamıdı…

 

Mənbə: Azərbaycan.media

Etiketlər: