XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:14:50 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

NATO: Rusiyanın “Oreşnik” zərbələri alyansa ünvanlanmış təzyiq siqnalıdır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Ukraynaya “Oreşnik” raket komplekslərindən endirdiyi zərbələr Kiyevə hərbi dəstəkdən imtina edilməsi məqsədilə NATO-ya göndərilmiş siqnal xarakteri daşıyır.

Bunu NATO-nun baş katibi Mark Rütte bəyan edib. Onun çıxışı Atlantik alyansın rəsmi saytında canlı yayımlanıb.

Mark Rütte bildirib ki, Rusiya alyansı Ukraynaya dəstəkdən çəkindirməyə çalışır.

“Biz bundan imtina etməyəcəyik”, – deyə NATO baş katibi vurğulayıb.

Xatırladaq ki, yanvarın 9-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın strateji əhəmiyyətli obyektlərinə genişmiqyaslı zərbələr endirdiyini, o cümlədən “Oreşnik” raket komplekslərindən istifadə olunduğunu təsdiqləmişdi.

Etiketlər: