🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 17:08   •   🌡️ Bakı

Ərdoğan: “Ukraynada sülhün təmin olunması üçün ilk gündən diplomatiyanın bütün imkanlarını səfərbər etmişik”

Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşdə Ukrayna müharibəsinin başlanğıcından etibarən sülhün bərqərar olması üçün bütün diplomatik vasitələri işə saldıqlarını bildirib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə bundan sonra da sülhün təmin edilməsi üçün bütün səylərini davam etdirəcək.