XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 18:11:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Firəngiz Sabirqızının şeiri

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Əgər soruşan olsa,

Deyərsən ki, yoxdu o,

Gedibdi – qayıdacaq,

Bir də min il sonra o.”

Sən hələ mənimçün yağış səsisən,

Şimşək şaqıltısı, külək harayı.

Sən hələ mənimçün çovğun, ulartı…

Qarın yağacaq eyyyyy başıma min il.

Çiçək ətirisən — qoxlasam itməz,

Durna qatarısan — əllərim yetməz,

Bir vulkan nəfəsli alovun bitməz…

Külün ələnər eyyyyy başıma min il.

Uca dağlarımsan ürəyim üstə,

Bir yetim yüküsən kürəyim üstə,

Üç çimdik duzumsan çörəyim üstə…

Bulaq axcaq eyyyyy başıma min il…

Bəmbəyaz kədərsən tellərim boyda,

Sənə od gətirər əllərim boyda,

Bir arı öpüşü güllərin boyda…

Hələ yeyəcəm eyyyyy acını min il…

Hələ yeyəcəm eyyyyy acını min il…

 

Müəllif: Firəngiz Sabirqızı 

Mənbə: Azərbaycan.media 

Etiketlər: