🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 15:44   •   🌡️ Bakı

Tramp: ABŞ nüvə arsenalını saxlayacaq və sınaqlar keçirəcək

Tramp: ABŞ nüvə arsenalını saxlayacaq və sınaqlar keçirəcək

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində ölkəsinin nüvə silahı arsenalı və gələcək sınaqlar planları barədə danışıb.

Tramp bildirib ki, ABŞ-ın arsenalı dünyanı 150 dəfə partlatmağa kifayət edəcək qədər böyükdür və digər ölkələrdən daha çox nüvə silahına sahibdir:
“Denuklearizasiya məsələsi ilə bağlı nəsə etməliyik”, – deyə o əlavə edib.

Prezident həmçinin qeyd edib ki, bu mövzunu Çin sədri Si SzinpinRusiya Prezidenti Vladimir Putin ilə müzakirə edib.

Tramp vurğulayıb ki, Vaşinqton digər ölkələr kimi nüvə sınaqları keçirəcək:
“Biz nüvə sınaqları keçirəcəyik, necə ki, digər ölkələr keçirir. Rusiya sınaqlar aparır, Çin də aparır, sadəcə, onlar bunu etiraf etmirlər. Biz isə açıq cəmiyyətik və bu barədə açıq danışırıq”.