🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 14:37   •   🌡️ Bakı

İranda SEPAH və “Bəsic” üzvlərinə silahlı hücum: iki nəfər ölüb

Azərbaycan.media xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr və Xaş bölgələrində SEPAH və ona bağlı “Bəsic” üzvlərinə silahlı hücum olub.

Bəluc Fəallarının Kampaniyası məlumat verib ki, hücum nəticəsində Məhəmməd Siyahanıİsmayıl Şahuzehi həlak olub, bir “Bəsic” üzvü isə yaralanıb.

Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Rəsmi dövlət mediası isə silahlı hücumun “düşmən və müxalif qruplar” tərəfindən həyata keçirildiyini bildirir.