XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:58:03 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bir sıra televiziya kanallarına yayımla bağlı xəbərdarlıq və dayandırmalar edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, cari ilin ilk 9 ayı ərzində ayrı-seçkiliyin təbliğinə yol verə biləcək yayımlara görə “Space TV”, “Xəzər TV” və “ARB” kanallarına, həmçinin müstəsna yayım hüququnun pozulmasına görə “Space TV” kanalına rəsmi xəbərdarlıq verilib.

Audiovizual Şuradan Publika.az-a verilən məlumatda bildirilir ki, həmin müddət ərzində “Kanal S” kanalının efirində proqramlar 24 saatlıq müddətə (4 aprel 2025-ci il) və “Space TV” kanalının efirində proqramlar 6 saatlıq müddətə (16 sentyabr 2025-ci il) müvəqqəti dayandırılıb.

Eyni zamanda, reklam qanunvericiliyinin pozulmasına görə “MTV” və “Dünya TV” kanallarının proqramları fevralın 7-də 3 saatlıq müddətə dayandırılıb.

Etiketlər: