XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:33 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pərviz Müseyibli və Ramilə Tağıyeva direktor müavini təyin ediliblər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müvafiq əmrlər imzalayıb.

Pərviz Müseyibli 2015-ci ildən əmək fəaliyyətinə başlayıb, hazırda Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi kimi çalışır və eyni zamanda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

Ramilə Tağıyeva isə 2014-cü ildən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyət göstərir. O, 2024-cü ildən əvvəlki vəzifəsinə qədər həmin kollecdə şöbə müdiri kimi fəaliyyət göstərib.

Etiketlər: