XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:48:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

DTV-də iki güclü efir dönüşü — “Aktual” və “Üz-üzə” yenidən efirdə

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Tətilin sükutunu pozaraq, DTV-nin iki aparıcı ictimai-siyasi verilişi — “Aktual” və “Üz-üzə” — yenidən efirə qayıdır. Hər biri özünəməxsus üslubu ilə cəmiyyətin ruhuna toxunan, gündəmin dərin qatlarını üzə çıxaran bu proqramlar tamaşaçını düşüncəyə, dialoqa və vicdana dəvət edir.

“Aktual” — Dünya tvnin baş aparıcısı Könül Həbibqızının təqdimatında yayımlanan bu veriliş, gündəmin ən mühüm ictimai-siyasi hadisələrini analitik baxışla təqdim edir. Burada hər sual bir çağırışdır, hər cavab isə cəmiyyətin aynasında bir əksdir. “Aktual” efirdə olduğu zaman, susqunluq yerini düşüncəyə verir.

“Üz-üzə” — ekranların bəzəyi, dialoqun məkanı, sözün meydanı. Könül Həbibqızının aparıcılığı ilə yayımlanan bu veriliş, cəmiyyətlə üz-üzə gələn sualları səsləndirir. Burada hər görüş bir sınaq, hər fikir bir güzgüdür.

Bu iki verilişin qayıdışı, sadəcə efirə dönmək deyil — bu, sözün yenidən dirilməsi, həqiqətin səhnəyə çıxması və tamaşaçının ruhuna toxunan bir çağırışdır. DTV ekranlarında yenidən düşüncənin, cəsarətin və vicdanın səsi yüksəlir.

 

 

Fuad BİLƏSUVARLI

Azərbaycan.media

Etiketlər: