XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:55:00 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İsraildən etiraf: Dohaya hücum uğursuz ola bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

İsrail hakimiyyəti HƏMAS danışıqlar qrupuna hücumun nəticələri ilə bağlı dünən nikbin əhval-ruhiyyədə idi, lakin bu gün nikbinlik bədbinliklə əvəzlənib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN-da yayımlanan reportajda deyilir.

Adı açıqlanmayan İsrail təhlükəsizlik rəsmisi KAN-a bildirib ki, hücumun qəti nəticələri gözlənilməlidir. İsrail rəsmisi qeyd edib ki, HƏMAS-ın danışıqlar qrupuna hücumun uğursuz olması mümkündür.

Bu arada HƏMAS-ın hücumdan sonra verdiyi ilk açıqlamada İsrailin danışıqlar qrupunu hədəf alan sui-qəsdin “iyrənc cinayət və bütün beynəlxalq norma və qanunların açıq şəkildə pozulması” olduğu bildirilib. Həmçinin, danışıqlar qrupunda olan HƏMAS liderlərinin İsrailin sui-qəsd cəhdindən sağ çıxdığı vurğulanıb

Etiketlər: