🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 13:52   •   🌡️ Bakı

Türkiyə Suriya ordusuna təlim keçir

Türkiyə Suriya ordusunun hərbçilərinə təlim keçməyə başlayıb. 

Bundan əlavə, Dəməşqdən istək olarsa, Ankara kəşfiyyat, hücum PUA-ları və artilleriya qurğuları şəklində yardım göstərməyə hazırdır.

Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, dövlətlərarası müqavilələrə uyğun olaraq Suriya hərbçilərinin təliminə başlanılıb və bu, həmçinin xüsusi təyinatlıların və quru qoşunlarının bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutur.

Üstəlik, Türkiyə hərbi məsləhətçiləri Suriyada çalışacaq.

Azərbaycan.media