XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:01:22 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Gürcüstanda rus turistin qətlində ittiham olunanlara 18 il həbs kəsildi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Gürcüstanın Zuqdidi rayon Məhkəməsi Rusiya turistlərinə hücum və onlardan birinin qətlinə görə Bejan Çkadua və Revaz Pakelianinin hərəsinə 18 il həbs cəzası kəsib. Bu barədə “Newsgeorgia” Gürcüstan Prokurorluğuna istinadla məlumat yayıb.

İttihamnaməyə görə, 2025-ci il yanvarın 5-də bu iki şəxs Zuqaldi şəhərindən Mestiya qəsəbəsinə gedən Rusiya vətəndaşları – Viktor Solovyov və Alina Qabayevaya hücum ediblər. Onlardan biri Solovyovu “bıçaqla zərərsizləşdirib”, digəri isə ona tapançadan atəş açıb. Kişi hadisə yerində ölüb. Gürcüstan DİN-i bildirib ki, təqsirləndirilən şəxslərdən biri cinayəti gizlətmək üçün cəsədi çaya atıb.

Etiketlər: