XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:27 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pezeşkian: İnsanların keyfiyyətli və təhlükəsiz məhsul əldə etmək hüququ var

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkədə istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılmasının vacibliyini vurğulayıb.
İRNA xəbər agentliyinin Prezident Administrasiyasına istinadən yaydığı məlumata görə, Pezeşkian standartlara riayət edilməsinin enerji resurslarından səmərəli istifadə, milli sərvətlərin qorunması və gələcək nəsillərin maraqlarının təmin olunması baxımından əhəmiyyətini qeyd edib.
Prezident bildirib ki, insanlar istifadə etdikləri mal və xidmətlərin sağlamlıq, təhlükəsizlik və keyfiyyət baxımından etibarlı olmasına əmin olmaq hüququna malikdirlər. O, istehsalçıların şəffaf, ədalətli və etibarlı qaydalar əsasında fəaliyyət göstərməsinin vacibliyini də vurğulayıb.

Odlar.media

Etiketlər: