XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:52:30 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi dindirmədə nə deyib?

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə zamanı ev sahibəsinə zərər vermək niyyətində olmadığını, hadisə zamanı silahdan atəş açmağa məcbur qaldığını bildirib.
Ermənistanın “Joğovurd” qəzeti yazıb ki, Musayev ifadəsində ev sahibəsinin silahdan yapışdığını, bundan sonra atəş açdığını deyib. O, daha sonra ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü də iddia edib.
Ev sahibi Ani Avestisyan isə istintaqa fərqli ifadə verib.
Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılıb. Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.

Odlar.media

Etiketlər: