Mətn:
Odlar.media xəbər verir ki, oktyabrın 10-da axşam saatlarında başlayan maqnit qasırğası iyul ayından bəri qeydə alınan ən güclü geomaqnit hadisəsi olub.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizika İnstitutunun alimlərinin məlumatına görə, qasırğaya Günəşdə baş verən güclü aktivlik nəticəsində kosmosa atılan plazma buludlarının Yerə çatması səbəb olub.
Hazırda geomaqnit qasırğasının intensivliyi G3 səviyyəsində qiymətləndirilir ki, bu da güclü maqnit qasırğası kateqoriyasına daxildir.
Odlar.media