Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycan ilə NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində keçirilən təlimlərin iştirakçıları üçün Bakıda ekskursiyalar təşkil olunub.
Müdafiə Nazirliyindən bildirilib ki, “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları istirahət günlərində paytaxtın tarixi-mədəni məkanları ilə tanış olublar.
Nümayəndə heyətləri Heydər Əliyev Mərkəzini və Zəfər Muzeyini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər.
Odlar.media