XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Somali əsilli Sagal Abdi-Vali Britaniya parlamentinə seçilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Somali əsilli Sagal Abdi-Vali Böyük Britaniyada keçirilən aralıq seçkilərdə qalib gələrək parlamentə üzv seçilib. O, Holborn və Sent-Pankras seçki dairəsində Keir Starmerin yerini tutacaq.

“Sky News”un oktyabrın 9-da yaydığı məlumata görə, Leyboristlər Partiyasının namizədi Abdi-Vali 12 292 səs (45,17%) toplayıb. Yaşıllar Partiyasının namizədi Zak Polanski 8 928 səslə ikinci, Mühafizəkarlar Partiyasının təmsilçisi Yuen Kemeron isə 1 922 səslə üçüncü olub.

Somalidə doğulan Abdi-Vali 1990-cı illərdə vətəndaş müharibəsindən qaçaraq uşaq yaşlarında Böyük Britaniyaya gəlib. O, uzun illər ictimai fəaliyyətlə məşğul olub, yerli xeyriyyə təşkilatlarında və bələdiyyə idarəçiliyində çalışıb.

2026-cı ilin mayından Londonun Kamden inzibati dairəsinin yerli şurasına rəhbərlik edən Abdi-Vali bu vəzifəyə seçilən ilk qaradərili qadındır.

Onun sözlərinə görə, parlamentdə əsas hədəflərindən biri evsizliklə mübarizə aparmaq olacaq.

Odlar.media

Etiketlər: