XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:53 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda və bölgələrdə yağış, dağlıq ərazilərdə qar gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə bəzi yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Havanın temperaturu gecə 14-17°, gündüz 19-21° isti olacaq.
Bölgələrdə də arabir yağış, bəzi yerlərdə leysan, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 11-16°, gündüz 20-25° isti, dağlıq ərazilərdə isə gecə 2-6°, gündüz 7-12° isti olacaq.

Odlar.media

Etiketlər: