Mətn:
Odlar.media xəbər verir ki, İranda sənaye müəssisələrinin elektrik enerjisi ilə təminatında yaranan problemlərin aradan qaldırılması mümkün olmayıb. Sentyabrın ortalarından kəsintilərin dayandırılması nəzərdə tutulsa da, bu baş verməyib.
İran parlamentinin Sənaye Komissiyasının üzvü Ehsan Qazizadə Haşimi bildirib ki, oktyabrın sonlarından etibarən sənaye sahələrində qaz təchizatında da kəsintilər başlayacaq.
Onun sözlərinə görə, ölkə sənayesi ciddi böhranla üz-üzədir: “Sənayemiz yol ayrıcındadır; ya tamamilə tətil edilməli, ya da qiymətlər artırılmalıdır. Başqa çarəmiz yoxdur”.
Odlar.media