Mətn:
Odlar.media xəbər verir ki, Azərbaycanda kənd yumurtasının qiyməti son bir ayda bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.
Satıcıların sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri payız aylarında kənd toyuqlarında yumurta istehsalının azalmasıdır.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, payız-qış aylarında istehsalın azalması, tələbatın isə yüksək qalması qiymət artımına səbəb olur.
O, soyuq aylarda yumurtanın qiymətinin daha da yüksələ biləcəyini istisna etməyib.
Odlar.media