Mətn:
Odlar.media xəbər verir ki, Nepaldakı dağıdıcı sel fəlakətindən sonra 5 mindən çox insanın taleyi hələ də məlum deyil.
Avqustun 26-da başlayan sel nəticəsində ən azı 1 455 nəfər həyatını itirib, 5 285 nəfər isə itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 13 795 nəfər sağ xilas edilib.
Hökumət axtarış-xilasetmə işlərini başa çatdıraraq diqqəti bərpa və yenidənqurma tədbirlərinə yönəldib.
Fəlakət nəticəsində 12 hidroelektrik stansiya layihəsi, eləcə də çoxsaylı yollar, körpülər, yaşayış məntəqələri və kənd təsərrüfatı sahələri zərər görüb.
Dağıntıların aradan qaldırılması və zərərçəkənlərin həyat şəraitinin bərpası üçün Nepalın təxminən 5 milyard dollara ehtiyacı olduğu bildirilir.
Odlar.media