XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:52 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra görüşlər keçirib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Media və Yayım Şurasının sədri Əhməd İsmayılov “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən AQEM Media Forumu çərçivəsində bir sıra nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.
Bu barədə Odlar.media-ya Media və Yayım Şurasından məlumat verilib.
Bildirilib ki, Əhməd İsmayılov Türkiyənin Radio və Televiziya Baş İdarəsinin sədri Mehmet Daniş, Pakistanın federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Vəcihə Qəmər, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay, eləcə də Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov ilə görüşlər keçirib.
Görüşlər zamanı müasir informasiya mühitində sürətlə dəyişən kommunikasiya tendensiyalarının media institutları arasında daha sıx əməkdaşlığı və davamlı təcrübə mübadiləsini zəruri etdiyi vurğulanıb.
Bu çərçivədə media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi və müxtəlif formatlarda birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Tərəflər, həmçinin qlobal informasiya məkanında etimadın qorunması, media savadlılığının artırılması, dezinformasiyanın təsirlərinin azaldılması, media məzmununun keyfiyyətinin yüksəldilməsi və rəqəmsal platformaların yaratdığı yeni çağırışlara uyğun yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Odlar.media

Etiketlər: