XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:30 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Vanq Yi-dən Yaponiyaya sərt mesaj: “Tarixdən dərs çıxarmasa, gələcəyi olmayacaq”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Çin xarici işlər naziri Vanq Yi Yaponiyanın tarixdən dərs çıxarmalı olduğunu və müharibədən sonrakı “Sülh Konstitusiyası”na meydan oxumamasının vacibliyini bildirib.

Vanq Yi bu fikirləri sentyabrın 28-də Pekində Yaponiyanın Beynəlxalq Ticarətin Təşviqi Assosiasiyasının (JAPIT) prezidenti, sabiq xarici işlər naziri Takeşi İvayanı qəbul edərkən səsləndirib.

Çin XİN rəhbəri qeyd edib ki, 2026-cı il Tokio Məhkəməsinin fəaliyyətə başlamasının 80-ci ildönümüdür. Onun sözlərinə görə, Yaponiya tarixdən dərs çıxarmasa, müharibədən sonrakı “Sülh Konstitusiyası”na meydan oxusa və təcavüz tarixini yenidən nəzərdən keçirməyə çalışsa, “dünya ilə üzləşə bilməyəcək, gələcək qura bilməyəcək və gələcəyi olmayacaq”.

Vanq Yi, həmçinin Yaponiyanın Tayvan məsələsində rəhbərlərinin “səhv söz və hərəkətlərini” düzəltməli, tarixi məsələlərə düzgün yanaşmalı və Çinlə bağlı obyektiv və rasional mövqe formalaşdırmalı olduğunu bildirib. O, hazırda Çin-Yaponiya münasibətlərinin yenidən ciddi mərhələdən keçdiyini və ikitərəfli əlaqələrin normallaşdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Görüş zamanı Takeşi İvaya da Çin-Yaponiya münasibətlərinin mövcud vəziyyətinin narahatlıq doğurduğunu deyib. O, Yaponiyanın keçmişdən aldığı dərsləri unutmamalı və sülh yolu ilə inkişaf siyasətini davam etdirməli olduğunu bildirib.

Odlar.media

Etiketlər: