XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:11:08 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

HAMAS-ın hərbi qanadının komandirlərindən biri Qəzza şəhərində öldürülüb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, HAMAS-ın hərbi qanadının komandirlərindən biri Mahmud Əbd əl-Fəttah Əvəd Qəzza şəhəri ərazisinə endirilən hava zərbəsi nəticəsində öldürülüb.
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
İsrail tərəfinin məlumatına görə, zərbə ötən həftəsonu Qəzza şəhəri ərazisinə endirilib. Bildirilib ki, Mahmud Əbd əl-Fəttah Əvəd müharibə dövründə 7 israilli girovun Qəzza şəhərində yerləşən yeraltı tuneldə saxlanılmasında iştirak edib.
IDF-in açıqlamasında Əvədin son dövrdə İsrail hərbçiləri və İsrail vətəndaşlarına qarşı hücumların hazırlanmasında, həmçinin HAMAS-ın hərbi imkanlarının bərpası istiqamətində fəaliyyətdə iştirak etdiyi iddia olunub.
İsrail Müdafiə Qüvvələri onun atəşkəs rejimini sistematik şəkildə pozduğunu və yaratdığı təhlükənin aradan qaldırılması məqsədilə hava zərbəsi ilə hədəfə alındığını bildirib.
Məlumat İsrail tərəfinin açıqlamasına əsaslanır.

Odlar.media

Etiketlər: