XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:39 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Alla Axundova vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair və tərcüməçi Alla Axundova vəfat edib.
Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib.
Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. O, 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsini bitirib.
Yaradıcılığı ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən Alla Axundova 1970-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. 1988-ci ildə isə ona “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı verilib. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Alla Axundova Azərbaycan kinosuna da töhfələr verib. O, “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir.
Şair və tərcüməçi kimi də tanınan Alla Axundova Azərbaycan ədəbiyyatının bir sıra tanınmış nümayəndələrinin əsərlərini rus dilinə tərcümə edib.
1970-ci illərin tanınmış rus tənqidçisi Stanislav Lesnovski Alla Axundovanı SSRİ-də müasir qadın poeziyasının üç əsas “sütun”undan biri adlandırıb.
Odlar.media Alla Axundovanın vəfatı ilə bağlı mərhumun yaxınlarına, doğmalarına və Azərbaycan ədəbi ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Etiketlər: