Mətn:
Odlar.media xəbər verir ki, Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatında məhdudiyyət tətbiq olunacaq.
Məhdudiyyət 16 sentyabr saat 09:00-dan başlayaraq 17 sentyabr gün ərzində davam edəcək.
Su təchizatının qəza-bərpa işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı bildirilir.
Odlar.media