Mətn:
Odlar.media xəbər verir ki, hadisə Şəmkir rayonunun Xuluf kəndində baş verib.
İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə etdikdən sonra yaşadığı evi yandırıb.
Hadisədən sonra həmin şəxs ərazidən uzaqlaşıb.
Yanğınla əlaqədar əraziyə Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Odlar.media hadisənin təfərrüatları ilə bağlı məlumatları dəqiqləşdirməyə davam edir.