XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:39 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ-da xarici jurnalist və tələbələr üçün yeni viza qaydalarının tətbiqi dayandırıldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ-ın Massaçusets ştatında Federal Dairə Məhkəməsi xarici jurnalistlər, tələbələr və mübadilə proqramları çərçivəsində ölkəyə gələn şəxslər üçün nəzərdə tutulan yeni viza qaydalarının tətbiqini müvəqqəti dayandırıb.
Məhkəmənin qərarına əsasən, ABŞ-da qalma müddətinə məhdudiyyətlər gətirən yeni qaydaların qüvvəyə minməsi məhkəmə araşdırması yekunlaşana qədər təxirə salınıb.
İddiaçı tərəf ABŞ-da ali təhsil və immiqrasiya məsələləri üzrə fəaliyyət göstərən, təxminən 600 kollec və universiteti birləşdirən “The Presidents Alliance on Higher Education and Immigration” qeyri-kommersiya təşkilatıdır. İş üzrə cavabdeh tərəf isə ABŞ Daxili Təhlükəsizlik Nazirliyidir.
Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi iyul ayında xarici jurnalistlər, tələbələr və mübadilə proqramlarının iştirakçıları üçün viza qaydalarında dəyişikliklər təklif etmişdi.
Təklif edilən dəyişikliklərə əsasən, sözügedən şəxslərin ABŞ-da qalma müddətinin maksimum 240 günlə məhdudlaşdırılması nəzərdə tutulurdu. Çin vətəndaşları üçün isə bu müddətin 90 gün olması təklif edilirdi.
Məhkəmənin son qərarı ilə həmin dəyişikliklərin tətbiqi məhkəmə araşdırması başa çatana qədər dayandırılıb.

Odlar.media

Etiketlər: