Mətn:
Odlar.media xəbər verir ki, Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospekti 16 ünvanında qeydə alınıb.
Məlumata görə, “BYD” markalı avtomobil yolu keçən 1985-ci il təvəllüdlü Həsənov Zakir Eldar oğlunu vurub. Nəticədə xəsarət alan piyada Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Odlar.media