XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Medvedyevdən Litvaya sərt xəbərdarlıq: “Dünya xəritəsindən silinə bilər”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Litvanın Rusiya ilə hərbi qarşıdurmaya cəlb olunacağı təqdirdə ciddi nəticələrlə üzləşə biləcəyini bildirib.
Medvedyev Litva ərazisində nüvə silahlarının yerləşdirilməsi ehtimalına da toxunaraq, belə bir addımın Rusiyanın cavab zərbəsinə səbəb ola biləcəyini deyib.
Rusiya rəsmisinin sözlərinə görə, hərbi münaqişə baş verəcəyi təqdirdə NATO Litvanı müdafiə etməyə bilər.
“Əgər Litva ərazisində nüvə silahı yerləşdirilsə və Rusiya cavab zərbəsi endirsə, NATO bu ölkəni müdafiə etməyəcək”, – Medvedyev vurğulayıb.
O, həmçinin Litvanın belə bir qarşıdurma nəticəsində “dünya xəritəsindən silinə biləcəyini” iddia edib.
Qeyd edək ki, Dmitri Medvedyev son illərdə NATO və Qərb ölkələri ilə bağlı sərt və təhdidedici ritorikası ilə tez-tez gündəmə gəlir.

Odlar.media

Etiketlər: