🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 15:20   •   🌡️ Bakı

Niyaməddin Musayev solo konsert verəcək – Tarix və məkan açıqlanıb

Odlar.media xəbər verir ki, Xalq artisti Niyaməddin Musayev “Dünya sənin, dünya mənim” adlı solo konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.

Sənətçi bildirib ki, konsert keçirmək qərarını tamaşaçıların istəyini nəzərə alaraq verib. Onun sözlərinə görə, pərəstişkarları səhnədə onu yenidən görmək istədiklərini bildiriblər.

Niyaməddin Musayev qeyd edib ki, indiyədək Heydər Əliyev Sarayında solo konserti baş tutmayıb. O, qarşıdakı konsertdə tamaşaçı marağını və ona olan tələbi hiss edəcəyi təqdirdə, gələcəkdə Heydər Əliyev Sarayında da konsert proqramı ilə çıxış etməyi planlaşdırır.

Xalq artisti üçün əsas meyarın tamaşaçı sevgisi və istəyinin olduğunu vurğulayıb.

Qeyd edək ki, “Dünya sənin, dünya mənim” adlı konsert oktyabrın 10-da Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində keçiriləcək.

Odlar.media