🌐 Keçmişin izi, gələcəyin sözü
02 Sentyabr 2026, saat 13:58   •   🌡️ Bakı

Bakının iki rayonunda işıqlar sönəcək – Saatlar AÇIQLANDI

Odlar.media xəbər verir ki, bu gün Bakının bir sıra ərazilərində Transformator Məntəqələrində (TM) aparılacaq təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələrinin, həmçinin Bakı kənar dairəvi yolunun bir hissəsinin elektrik təchizatında 10:00-dan 13:00-dək fasilə yaranacaq.
Bundan başqa, Nərimanov RETSİ-nin ərazisinə daxil olan Ağa Nemətulla, Arif Hacıyev və Arif Heydərov küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi 09:00-dan 13:00-dək müvəqqəti dayandırılacaq.
“Azərişıq” təmir işlərinin enerji təchizatının etibarlılığının artırılması məqsədilə həyata keçirildiyini bildirib.

Odlar.media