Odlar.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.
Məlumata görə, övladlığa verilən uşaqların 45-i qız, 44-ü isə oğlandır.
Övladlığa götürülən uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi məqsədilə onların 18 yaşına çatanadək monitorinqləri həyata keçirilir. Belə ki, övladlığa götürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinq aparılır.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslərə aylıq sosial müavinət də ödənilir. 3-18 yaş arası hər uşaq üçün aylıq 240 manat, əlilliyi olan hər uşaq üçün isə 600 manat sosial müavinət nəzərdə tutulub.
Bununla yanaşı, övladlığa götürən şəxslər sosial təminat, əmək və vergi münasibətləri sahələrində bir sıra güzəştlərdən də yararlana bilirlər.
Odlar.media
