Odlar.media xəbər verir ki, Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov müxtəlif xəsarətlər alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Odlar.media
