Odlar.media xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 26-da ölkənin bir sıra rayonlarında 10 və 35 kV-luq hava elektrik verilişi xətlərində təmir və xətlərə toxunan ağacların budanması işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Təmir və texniki işlərlə əlaqədar aşağıdakı ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq:
Lerik: saat 10:30-dan 13:00-dək Babagil, Bibiyani, Brkandul, Günəşli, Hamarmeşə, Noda, Soru, Vistən və Vizəzəmin kəndlərinin bir hissəsi;
Masallı: saat 10:00-dan 13:00-dək Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar və Təzəkənd kəndlərinin bəzi əraziləri. Saat 14:00-dan 17:00-dək isə Dəlləkli, Əminli, Hacıtəpə, Həsənli, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar və Təkdam kəndlərində fasilə olacaq;
Quba: saat 10:00-dan 14:00-dək Amsar kəndi, şəhərin 30, 32 və 33-cü məhəllələri, Dəvədabanı yaşayış massivi, Səmədağa Ağamalıoğlu, Mirzəbaba Tahirov, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov küçələri, 12-ci kvartal və Meydan əraziləri;
Göyçay: saat 12:00-dan 14:00-dək şəhərin Məhəmməd Əmin Rəsulzadə, Rəsul Rza, Atatürk və Məhəmməd Füzuli küçələrinin bəzi hissələri;
Ağdaş: saat 10:00-dan 14:00-dək Binələr, Davudlu, Malay və Pirəyir kəndləri;
Tərtər: saat 10:00-dan 14:00-dək Borsunlu kəndi;
Ucar: saat 11:00-dan 14:00-dək Bağban, Boyat, Qəzyan və Yuxarı Şilyan kəndləri;
Goranboy: saat 09:30-dan 15:30-dək Kürəkçay qəsəbəsi, Həmənli, Qarapirimli və Qırıqlı kəndləri;
Bərdə: saat 10:00-dan 14:00-dək Məmmədli və Nazırlı kəndləri.
“Azərişıq”dan bildirilib ki, görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Bu rayonlarda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq – SİYAHI
Mətn: