Odlar.media xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Təmiz Şəhər” ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub.
525.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən bildirir ki, şirkətin xalis zərəri 2024-cü illə müqayisədə 3,4 dəfə artıb.
Hesabat dövrünün sonunda “Təmiz Şəhər”in yığılmış zərəri 2,3 faiz artaraq 249,185 milyon manata çatıb.
Bu il yanvarın 1-nə şirkətin aktivləri 47,45 milyon manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 22 faiz azalıb.
Şirkətin öhdəlikləri 16,2 faiz artaraq 5,675 milyon manata yüksəlib. Balans kapitalı isə 25,4 faiz azalaraq 41,775 milyon manata düşüb.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC Prezident İlham Əliyevin 6 avqust 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. Şirkətin nizamnamə kapitalı 9,15 milyon manatdır.
ASC Bakı şəhərində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun təşkili və idarə olunması, eləcə də şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir.
