XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:21:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Astarada dənizdə batan 36 yaşlı şəxsin axtarışları davam etdirilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Astara şəhəri ərazisində Xəzər dənizində bir nəfər batıb.
Hadisə şəhərin “Bulvar” ərazisində, nəzarətsiz sahədə baş verib. İlkin məlumata görə, Masallı rayonunun Kosagül kənd sakini, 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə dənizdə çimərkən batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda baş verib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda Elmar Məmmədlinin batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri aparılır.
Məlumata görə, Elmar Məmmədli 5 uşaq atası olub.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Etiketlər: