🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 05:31   •   🌡️ Bakı

Azərbaycanda 6 ayda 533 yol qəzası baş verib – 285 nəfər ölüb

Odlar.media xəbər verir ki, 2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır. Qəzalar nəticəsində zərərçəkənlərin sayı 15,1% azalaraq 689 nəfər təşkil edib. Onlardan 285 nəfər həyatını itirib, 404 nəfər isə xəsarət alıb.
Yol-nəqliyyat hadisələrinin 44,3%-i gecə, 38,6%-i gündüz, 17,1%-i isə toran vaxtı baş verib. Qəzaların 34,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Hadisələrin 83,7%-i yaşayış məntəqələrində qeydə alınıb. Bu qəzalarda ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalaraq 201 nəfər, yaralananların sayı isə 19,7% azalaraq 379 nəfər olub.